AZNatural Pharm

AZNatural Pharm — əczaçılıq və səhiyyə sahəsində fəaliyyət göstərən innovativ bir şirkətdir. Şirkət bazara Salvia AZ Natural adlı, ağız və diş sağlamlığı üçün xüsusi olaraq hazırlanmış adaçayı tərkibli pastil ilə daxil olmuşdur. Bu unikal məhsul tamamilə şirkətimizin daxili tədqiqat və inkişaf (R&D) fəaliyyəti nəticəsində hazırlanmış və təbii, effektiv tərkibi ilə diş həkimliyi sahəsində tez bir zamanda tanınmışdır.

İlk uğurlu məhsulumuzun ardınca, AZNatural Pharm fəaliyyət sahəsini genişləndirərək müxtəlif təbii pastillər, tibbi cihazlar və göz damcıları kimi məhsulları da portfelinə əlavə etmişdir. Eyni zamanda, diş müalicəsi üçün tibbi vasitələr və cihazlar təqdim edərək klinikaları və mütəxəssisləri yüksək keyfiyyətli və etibarlı alətlərlə təmin edirik.

AZNatural Pharm olaraq əsas məqsədimiz innovasiya, keyfiyyət və təbiət əsaslı həllər ilə sağlamlığın inkişafına töhfə verməkdir. Biz insanların həyat keyfiyyətini artırmaq üçün təhlükəsiz, effektiv və təbii məhsullar hazırlamağa davam edirik.

 

Missiyamız

AZNatural Pharm olaraq missiyamız:

  • Təhlükəsiz, effektiv və təbii sağlamlıq məhsulları inkişaf etdirmək və təqdim etmək;
  • Bütün fəaliyyətlərimizdə keyfiyyətə və innovasiyaya ən yüksək səviyyədə sadiq qalmaq;
  • Səhiyyə mütəxəssisləri və pasiyentlər ilə uzunmüddətli etibarlı əlaqələr qurmaq;
  • Yeni və həyat keyfiyyətini artıran məhsullar yaratmaq üçün tədqiqat və inkişafa davamlı şəkildə sərmayə qoymaq;
  • Xidmət göstərdiyimiz cəmiyyətlərin ümumi sağlamlığına və rifahına töhfə vermək.